Futbol üzrə Litva 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Miniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Komandasının iki qoluna da Quliyev imza atıb. 15 və 61-ci dəqiqələrdə fərqlənən gənclərdən ibarət millimizin üzvü cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
“Jonava” hazırda 33 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.