Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın yenicə transfer olunduğu “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Akhisarspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ufuk bu görüşün iştirakçısı olmayıb. O, hələ tam hazır olmadığı üçün matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Altınordu” hazırda 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.