Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd görüş baş tutub.

Turun mərkəzi oyunu İstanbulda keçirilib. İlk iki turda maksimum nəticə əldə edən “Fənərbaxça”, mövsümün iddialı komandalarından olan “Trabzonspor”u qəbul edib. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

“Sivasspor” – “Qazişəhər” matçı da eyni hesabla başa çatıb. “Gənclərbirliyi” evdə “Başakşəhər”ə, “Yeni Malatyaspor” isə “Alanyaspor”a məğlub olub.

Türkiyə Super Liqası
3-cü tur

30 avqust

Kasımpaşa – Ankaragücü 0:1
Qol: İ.Parlak, 23.

Kayserispor – Qalatasaray 2:3
Qol: P.Enrike, 37. U.Bulut, 90+1 – Belhanda, 66-pen. Babel, 88. A.Böyük, 90+10.

31 avqust

Konyaspor – Antalyaspor 2:2
Qol: Bajiç, 60. Miya, 75 – S.Özkan, 16-pen. Mukairu, 84.

Beşiktaş – Rizəspor 1:1
Qol: Vida, 54 – O.Çağlayan, 37.

Göztəpə – Dənizlispor 0:0

1 sentyabr

Gənclərbirliyi – Başakşəhər 1:2
Qol: Sio, 36 – D.Ba, 83-pen. Vişça, 90.

Sivasspor – Qazişəhər 1:1
Qol: Kone, 72 – Tvumasi, 35.

Fənərbaxça – Trabzonspor 1:1
Qol: Q.Rodriqes, 17 – Ekuban, 28.

Yeni Malatyaspor – Alanyaspor 2:3
Qol: Bifuma, 47. Yahoviç, 57 – C.Gülsəlam, 20. Fernandes, 22. Sisse, 44.

Shares: