Futbol üzrə İtaliya A Seriyasında 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun gününə təsadüf edib.
“İnter” səfərdə “Kalyari”yə qalib gəlib. “Atalanta” evdə “Torino”ya, “Leççe” “Verona”ya, “Udineze” “Parma”ya uduzub. “Cenoa” “Fiorentina”nı, “Sassuolo” “Sampdoriya”nı məğlub yola salıb.
“Roma” isə bu turda əzəli rəqibi “Latsio” ilə üz-üzə gəlib. Paytaxt derbisi heç-heçə yekunlaşıb.
İtaliya A Seriyası
2-ci tur
30 avqust
Bolonya – SPAL 1:0
Qol: Soriano, 90+3.
31 avqust
Milan – Breşiya 1:0
Qol: H.Çalhanoğlu, 12.
Yuventus – Napoli 4:3
Qol: Danilo, 16. İquayn, 19. Ronaldo, 62. Kulibali, 90+2-öz qapısına – Manolas, 66. Lozano, 68. Di Lorenso, 81.
1 sentyabr
Latsio – Roma 1:1
Qol: Alberto, 58 – Kolarov, 17-pen –
Atalanta – Torino 2:3
Qol: Sapata, 38; 54 – Bonifazi, 24. Berenger, 57. İzzo, 66.
Kalyari – İnter 1:2
Qol: J.Pedro, 50 – L.Martines, 25. Lukaku, 72-pen.
Cenoa – Fiorentina 2:1
Qol: Sapata, 11. Kouame, 65 – Pulqar, 76-pen.
Leççe – Verona 0:1
Qol: Pessina, 81.
Sassuolo – Sampdoriya 4:1
Qol: Berardi, 29; 36; 43. Traore, 47 – Kvalyarella, 67-pen.
Udineze – Parma 1:3
Qol: Lasanya, 17 – Jervinyo, 43. Qalyolo, 59. İnqlese, 75.