"Bornmut"un qapıçısı Asmir Beqoviç "Qarabağ"da yeni ilə kimi qalacaq. Avropa Liqasının qrup oyunlarında ağdamlılara kömək etmək üçün gətirilən bosniyalının taleyini klubun nəticələri həll edəcək.
 
Futbolinfo.az xəbər verir ki, Asmirə görə icarə haqqı ödənməyəcək. 32 yaşlı qolkiper 4 ay müddətində ümumilikdə 750 min avro maaş alacaq və “Bornmut” bu yükdən xilas olacaq. “Qarabağ” Avropa Liqasında qrup çərhələsini adlayacağı təqdirdə 5 milyon avro ödəyərək Beqoviçin transfer hüquqlarına sahib olacaq. Amma “Qarabağ” buna ehtiyac duyacaqmı?
Shares: