“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov AFFA-nı saxtakarlıqda ittiham edib. Onun maliyyə hesabatları ilə bağlı dediklərinə başqa anlam vermək olmur.
 
Məmmədov deyib: “Görürük ki, hər yerdə maliyyə “fair play”i var. UEFA buna çox diqqət ayırır. AFFA da sağ olsun, bu yaxınlarda hər bir komandanı maliyyə hesabatlarını çıxarmağa məcbur etdi. Ancaq təqdim olunan maliyyə hesabatları bəzi hallarda reallığı əks etdirmir. Bəzi komandaların maliyyə hesabatındakı rəqəmlər başqa şeyi göstərir, ancaq heyətə baxdıqda hansısa bir oyunçunun daha yüksək maaş aldığı görünür. Hesab edirəm ki, bu məsələyə diqqət yetirməliyik. Maliyyə “fair play”i çox vacibdir”.
 
Orxan bəy faktiki, hesabatların həqiqəti əks etdirmədiyini bildirib. Və bununla AFFA-nın şəffaflıq görüntüsü yaratdığını, həqiqətin isə fərqli olduğunu diqqətə çatdırmağa çalışıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp