Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə qarşılaşıb. 

Kardiff şəhər stadionunda keçiriləcək qarşılaşmada meydan sahibləri daha şanslı hesab olunurdu.

Azərbaycan millisi yer aldığı E qrupunda 3 oyun keçirmişdi və hamısında uduzmuşdu. Komandamız bu dəfə də oxşar aqibətlə üzləşib.

Qrupun digər görüşündə Xorvatiya millisi səfərdə Slovakiyanın qonağı olub və 4 cavabsız qolla qalib gəlib.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

6 sentyabr

Uels – Azərbaycan 2:1
Qol: P.Paşayev, 26-öz qapısına. Q.Beyl, 84 – M.Emreli, 59.
Baş hakim: Farrucia Kann Trustin (Malta).

Uels: 1. Ueyn Hennessi, 3. Nil Teylor, 5. Kris Mefam, 6. Jozef Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms.
Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Deyvis, 2. Kris Qanter, 4. Ben Deyivs, 8. Metyu Smit, 9. Sem Vouks, 13. Kyeffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokayer, 17. Conatan Uilyams, 22. Co Morrell, 23. Uill Uolks.
Baş məşqçi: Rayan Giqqz.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.

Slovakiya – Xorvatiya 0:4
Qol: Vlaşiç, 45. 
Perişiç, 47. Petkoviç, 72. Lovren, 89.

Baş hakim: Feliks Brix (Almaniya).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp