“Neftçi” məşqləri bərpa edib.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın 3-cü turunda “Sumqayıt” üzərində qələbədən (2:1) sonra üç günlük fasiləyə buraxılan “ağ-qaralar” dünən klubun bazasında məşqə çıxıb.

Məşqdə zədəli Soni Mustivar, həmçinin milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

“Neftçi” Premyer Liqada növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:30-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp