“Real”ın zədəli futbolçusu Eden Hazard La Liqada debüt etməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, belçikalı futbolçu artıq məşqlərə başlayıb. 

Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, Hazardın La Liqanın 4-cü turunda “Levante” ilə keçiriləcək oyunda iştirak edəcəyi bildirilib.

“Real” Hazardı bu yay “Çelsi”dən transfer edib. Avqustun 16-da məşqdə zədələnən 28 yaşlı oyunçu La Liqanın ilk 3 turunu buraxmalı olub.

“Real” – “Levante” matçı sentyabrın 14-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp