Argentina yığmasının yarımmüdafiəçisi Covanni Lo Çelso zədələnib.

Futbolinfo.az xəbər verir ki, o, ötən gecə Çiliyə qarşı keçirdikləri yoxlama oyununda sıradan çıxıb.

0:0 hesabıyla başa çatan qarşılaşmanın 53-cü dəqiqəsində zədələnən Lo Çelso, əvəzlənmək məcburiyyətində qalıb. Amma İngiltərənin “Tottenhem” klubunun formasını geyinən futbolçu matçdan sonrakı açıqlamasında zədəsinin elə də ciddi olmadığını söyləyib:

“Zədəm elə də ciddi deyil. Fikrimcə, buna görə çox ciddi narahat olmağa dəyməz”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp