Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, yığmamız Rumıniya ilə qarşılaşıb.

Portuqaliyanın Fiqueyra şəhərində təşkil olunan görüşdə komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Komandamız sabah Çexiya ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp