AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün 5-ci turun növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azarkeşlər C, E, G və İ qruplarındakı qarşılaşmaları izləyiblər.

Bu 4 qrupda ümumilikdə 9 görüş baş tutub. Millimiz E qrupunda Uelsin qonağı olubsa, Slovakiya Xorvatiyanı qəbul edib. Millimizin növbəti məğlubiyyətinə üzüldüyü gündə, xorvatlar daha bir qələbəyə seviniblər.

Günün mərkəzi matçı C qrupunda keçirilib. İtkisiz yoluna davam edən Almaniya öz meydanında Hollandiya ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşmada almanlar ağır məğlubiyyətlə üzləşiblər. 

Avstriya Latviyanı, Belçika San Marinonu böyük hesabla məğlub edib. Rusiya yığması isə səfərdə Şotlandiyadan üstün olub.

AÇ-2020-nin seçmə mərhələsi
6 sentyabr

C qrupu

Estoniya – Belarus 1:2
Qol: Sorqa, 54 – Naumov, 48. Skaviş, 90+2.

Almaniya – Hollandiya 2:4
Qol: Qnabri, 9. Kroos, 73-pen – De Yonq, 59. Ta, 66-öz qapısına. Malen, 79. Veynaldum, 90+1.

E qrupu

Uels – Azərbaycan 2:1
Qol: P.Paşayev, 26-öz qapısına. Q.Beyl, 84 – M.Emreli, 59.

Slovakiya – Xorvatiya 0:4
Qol: Vlaşiç, 45. Perişiç, 47. Petkoviç, 72. Lovren, 89.

G qrupu

Sloveniya – Polşa 2:0
Qol: Ştruna, 35. Şporar, 65.

Avstriya – Latviya 6:0
Qol: Arnautoviç, 7; 53-pen. Sabitser, 13. Steynbors, 76-öz qapısına.  Laymer, 80. Qreqoritş, 85.

İ qrupu

Kipr – Qazaxıstan 1:1
Qol: Sotiriu, 39 – Şçetkin, 2.

Şotlandiya – Rusiya 1:2
Qol: Makqinn, 11 – Dzyuba, 40. Jirkov, 59.

San-Marino – Belçika 0:4
Qol: Batşuayi, 43-pen; 90+2. Mertens, 57. Şadli, 63.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp