Futbol üzrə Uels yığmasının baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, uelsli mütəxəssis 2:1 hesablı qələbəyə sevindikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Çox önəmli oyun idi. İlk hissədə futbolçulardan razı deyildim. Bəziləri fiziki cəhətdən yaxşı deyildilər, səhvlər buraxdıq. Nəticədən razıyam. Amma bizim üçün asan olmadı. Beyl bu gün qol vurdu, kapitan kimi də komandanı irəli apara bildi. Çox yaxşı performans göstərdi. İlk hissədən razı deyildim. Daha yaxşı oynaya bilərdik”. 

46 yaşlı mütəxəssis Azərbaycan millisinin ünvanına xoş sözlər deyib: "Azərbaycan millisi Xorvatiya ilə olduğu kimi, çox yaxşı çıxış etdi. Heç də asan oyun deyildi. Matç ərzində sürətli ola bilmədik. Azərbaycan həqiqətən yaxşı çıxış etdi. Topu ortada özlərində saxlaya, əks-hücumlara çıxa bilirdilər. Bu qarşılaşamdan dərs çıxarılası məqamlar var".

Giqqz "Klubda çalışsaydınız, Azərbaycan millisindən kimisə öz komandanıza götürərdinizmi" sualına belə cavab verib: "Hansısa futbolçunu fərqləndirmək istəməzdim. Amma Azərbaycan millisinin heyətində çox yaxşı futbolçuların yer aldığını deyə bilərəm. Bu gün həqiqətən çox yaxşı oyun sərgilədilər. Heç kim Azərbaycanı zəif rəqib kimi görmür. Digər rəqiblərin diqqətdə saxlamalı olduğu komandadı. Bu gün 3 xalı böyük çətinliklə əldə etdik". (Report)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp