Millinin Bakıdakı son məşqində zədələnən Rahil Məmmədovun durumuna aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı "Qarabağ"lı 1 ay yaşıl meydanlardan kənar qalacaq.

Müdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Sevilya" ilə oyunu buraxacaq. Onun ikinci turda "Düdelanj"la səfər görüşünə yetişib-yetişməyəcəyi sual altındadı.

Ağdam klubunun digər zədəli futbolçusu Bədavi Hüseynov "Sevilya" ilə oyuna yetişəcək. 28 yaşlı futbolçu Premyer Liqanın IV turunda "Neftçi" ilə sentyabrın 15-də keçirləcək matçda meydana çıxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp