“Eurosport” telekanalının saytı (rus versiyası) milli komandamızın müdafiəçisi Pavel Paşayevi ələ salıb.

Futbolinfo.az xəbər verir ki, buna onun dünən AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə səfər matçında öz qapısına vurduğu qol səbəb olub. 

Qarşılaşma haqdakı xəbərdə belə bir cümlə işlədilib: "Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz".

Xatırladaq ki, Uelsin oyunçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp