Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən Premyer Liqa klubları yoxlama görüşləri keçirirlər.

Futbolinfo.az xəbər verir ki, “Zirə” ilə “Sabah” da bu gün yoxlama matçında üz-üzə gəlib. 

“Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən görüşdə qapılara bütövlükdə 6 qol vurulub. Beləcə, elita təmsilçiləri meydanı “sülh”lə tərk ediblər.

Yoxlama oyunu
7 sentyabr

Sabah – Zirə 3:3
Qol: Rocer Roxas, 38. Amadu Diallo, 45; 67 – Tellur Mütəllibov, 19. Xulio Rodriqez, 26; 49.
“Bank Respublika Arena”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp