AÇ-2020-nin seçmə mərhələsində 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, birinci dövrənin son günündə A, B və H qruplarında 7 qarşılaşma baş tutub.

A qrupunda Kosovo Çexiyanı, İngiltərə isə Bolqarıstanı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıb. 

H qrupunda liderlər sırasında qərarlaşan İslandiya Moldovanı, Fransa Albaniyanı, Türkiyə isə Andorranı qəbul edib. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olub. 

B qrupunda Ukrayna Litvanın qonağı olub və darmadağınla qalib gəlib. Serbiya isə Portuqaliya ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

AÇ-2020-nin seçmə mərhələsi
7 sentyabr

A qrupu

Kosovo – Çexiya 2:1
Qol: Muriqi, 20. Voyvoda, 67 – Şik, 16.

İngiltərə – Bolqarıstan 4:0
Qol: H.Keyn, 24; 50-pen; 73-pen. Sterlinq, 55.

H qrupu

İslandiya – Moldova 3:0
Qol: Siqtorsson, 31. Byarnason, 55. Bodvarsson, 77.

Fransa – Albaniya 4:1
Qol: Koman, 8; 68. Jiru, 27. İkone, 85 – Çikalleşi, 90.

Türkiyə – Andorra 1:0
Qol: O.Tufan, 89.

B qrupu

Litva – Ukrayna 0:3
Qol: Zinçenko, 7. Marlos, 27. Malinovski, 62.

Serbiya – Portuqaliya 2:4
Qol: Milenkoviç, 68. Mitroviç, 85 – Karvalyo, 42. Qedeş, 58. Ronaldo, 80. B.Silva, 86.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp