Futbol üzrə Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində dünən yekunlaşan 5-ci turdan sonra ən uğursuz çıxış edən komandalar sırasında yer alıb.

Futbolinfo.az xəbər verir ki, Nikola Yurçeviçin komandası dörd oyundan bir xal belə toplaya bilməyib. Bu, 55 komanda arasında ən pis göstəricilərdən biridi. Millimizdən başqa Andorra, Estoniya, Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn və San-Marino da xal toplaya bilməyib. Vurulan və buraxılan qolların nisbətinə görə isə komandamız 48-ci yerdədi.

Seçmə mərhələdə ən yaxşı göstərici isə 5 oyundan hərəyə 15 xal toplayan İspaniya, Belçika və İtaliyaya məxsusdu.

Shares: