Futbol üzrə Ukrayna millisi AÇ-2020-nin seçmə mərhələsinin geridə qalan 5 turunda ən yaxşı müdafiə xətti olan komandadı.
Futbolinfo.az xəbər verir ki, Andrey Şevçenkonun çalışdırdığı kollektiv 13 xalla B qrupunun lideri olmaqla yanaşı, 5 oyuna öz qapısından cəmi 1 qol buraxıb. Ukraynalılarla yanaşı Belçikada da belə göstərici var. Düzdür, İngiltərə millisi də 1 qol buraxıb. Amma ingilislər 5 deyil, 3 matçda öz qapısında 1 qol görüblər.
Ən yaxşı hücum xətti isə Rusiya (5 oyuna 17 qol), Fransa və İtaliyadadı (5 oyuna 16 qol). Lixtenşteyn, San-Marino, Andorra və Cəbəllütariq isə 1 qol belə vura bilməyiblər.