İngiltərənin “Uotford” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin çalışdırıcısı Xavyer Qarsiya postundan ayrılıb. O, uğursuz nəticələr səbəbindən istefaya göndərilib.

Artıq sözügedən komandanın yeni baş məşqçisi də məlumdu. Klub rəhbərliyi “sükan”ı Kike Sançes Floresə tapşırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı ispaniyalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Flores, 2015/16 mövsümündə də “Uotford”u çalışdırıb. Onun son iş yeri Çinin “Şanxay Şenxua” klubu olub.

Qeyd edək ki, “Uotford” 4 oyuna cəmi 1 xal toplayıb və 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Shares: