Futbol üzrə Fransa yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ötən gün Albaniya ilə ev oyununda 4:1 hesablı qələbəyə sevindi.

Futbolinfo.az xəbər verir ki, bu yay Madrid “Atletiko”sunu “Barselona”ya dəyişən Antuan Qrizmann bu görüşdə fərqlənə bilməyib.

Halbuki, qarşılaşmanın ilk hissəsində onun da qol vurmaq üçün əla şansı olub. Komanda yoldaşına qarşı kobudluğa görə rəqib qapısına penalti təyin olunub. Amma 37-ci dəqiqədə 11 metrlik nöqtəyə yaxınlaşan Qrizmann penaltini boşa verib. Onun zərbəsi qapı çatından geri qayıdıb.

Bu, 28 yaşlı futbolçunun milli komandadakı karyerası ərzində qaçırdığı ilk penalti olub. Bundan öncə o, Fransa yığmasında 7 penalti zərbəsi yerinə yetirmiş və hamısında qola sevinmişdi.

Shares: