Futbol üzrə Fransa yığması və İspaniya çempionu “Barselona”nın futbolçusu Samuel Umtiti zədələnib.

Futbolinfo.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət olunan futbolçu Albaniyaya qarşı oyundan öncəki məşq zamanı zədə alıb.

Bu üzdən də o, Fransa yığmasının albanlara 4:1 hesabıyla qalib gəldiyi qarşılaşmada forma geyinməyib. “Barselona”nın futbolçusu həmin görüşdə sonadək ehtiyatda qalıb.

Fransa yığması sentyabrın 10-da doğma meydanda Andorra ilə üz-üzə gələcək. Umtitinin həmin qarşılaşmada da iştirakı sual altındadı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp