AÇ-2020-nin seçmə mərhələsində 6-cı tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 
 
J qrupunda İtaliya səfərdə Finlandiyanın, Bosniya və Herseqovina isə Ermənistanın qonağı olub. İtalyanlar çətin qələbəyə seviniblərsə, bosniyalılar gözlənilməz məğlubiyyətlə üzləşiblər. Yunanıstan da Lixtenşteynlə ev oyunundan xal itkisi ilə ayrılıb
 
C qrupunda Gürcüstan Danimarkanı, İsveçrə isə Cəbəllütariqi qəbul edib. Qonşu ölkədə heç-heçə qeydə alınıbsa, isveçrəlilər darmadağına seviniblər.
 
F qrupunun lideri İspaniya Farer adaları yığmasını sınağa çəkib və 4 cavabsız qolla qalib gəlib. İsveç isə Norveçlə üz-üzə gəlib. Bu qarşılaşmada heç-heçə qeydə alınıb. Rumıniya da Malta ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.
 
AÇ-2020-nin seçmə mərhələsi
8 sentyabr
 
J qrupu
 
Ermənistan – Bosniya və Herseqovina 4:2
Qol: Mxitaryan, 3; 66. Hambardzumyan, 77. Lonkar, 90+5-öz qapısına – Dzeko, 13. Qoyak, 70.
 
Finlandiya – İtaliya 1:2
Qol: Pukki, 72-pen – İmmobile, 59. Jorjinyo, 79-pen.
 
Yunanıstan – Lixtenşteyn 1:1
Qol: Masuras, 33 – Salanoviç, 85.
 
İtaliya – 18, Finlandiya – 12, Ermənistan – 9, Bosniya və Herseqovina – 7, Yunanıstan – 5, Lixtenşteyn – 1.
 
F qrupu
 
Rumıniya – Malta 1:0
Qol: Puşkaş, 47.
 
İspaniya – Farer adaları 4:0
Qol: Rodriqo, 13; 50. Alkaser, 90; 90+3.
 
İsveç – Norveç 1:1
Qol: Forsberq, 60 – Yohansen, 45.
 
İspaniya – 18, İsveç – 11, Rumıniya – 10, Norveç – 9, Malta – 3, Farer adaları – 0.
 
D qrupu
 
Gürcüstan – Danimarka 0:0
 
İsveçrə – Cəbəllütariq 4:0

Qol: Zakaria, 37. Mehmedi, 43. Rodriqes, 45+4. Qavranoviç, 87.
 
İrlandiya – 11, Danimarka – 9, İsveçrə – 8, Gürcüstan – 4, Cəbəllütariq – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp