Peşəkar Futbol Liqasının Premyer Liqanın sponsorluğu üçün elan etdiyi tender başa çatıb. Sentyabrın 6-da müddət bitib, lakin yekunlarla bağlı rəsmi açıqlama yoxdu.
 
“Topaz” milli çempionatdan imtina etdikdən sonra yeni sponsor axtaran qurum bir neçə şirkətlə danışıq aparıb. Təkliflər çox cəlbedici olmasa da, variantlar var. Qərar isə qarşıdakı günlərdə veriləcək, 3 müştəri arasından seçim ediləcək.
 
PFL-dən aldığımız məlumata görə, hazırda bir yerli, iki xarici şirkətin təklifi müzakirə olunur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp