AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç açıqlama verib.

Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi, oyunla bağlı bunları deyib:

“Azərbaycan millisi daha qapalı və kompakt oynayaraq, müdafiə futboluna üstünlük verəcək. Xüsusi hadisə baş verməsə, Azərbaycan millisini Slovakiyadakı oyun tərzi ilə məğlub edə bilməyəcəyik. Əsas məsələ qələbə qazanaraq, hədəfimizə maksimum yaxınlaşmaqdır”.

Bu gün 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp