Futbol üzrə İspaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Farer adalarını məğlub edib – 4:0.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma İspaniya yığmasının kapitanı Serxio Ramos üçün əlamətdar olub. Belə ki, 33 yaşlı müdafiəçi 167-ci dəfə milli formanı geyinib.

Ramos bu göstərici ilə İspaniya millisində ən çox oyun keçirən İker Kasilyasa çatıb. Yığmanın keçmiş qapıçısı Kasilyas da 167 dəfə milli formanı geyinib.

Ramos İspaniyanın oktyabrın 12-də Norveçlə keçirəcəyi AÇ-2020-nin seçmə mərhələsinin 7-ci tur matçında da iştirak etsə, milli komanda ilə ən çox oyun keçirən futbolçu ünvanını qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp