AÇ-2020-nin seçmə mərhələsində Kosovo ilə keçirilən oyun İngiltərə yığmasının yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, gənc oyunçu dubla imza atıb.
Komandasının 5:3 hesablı qələbəsinə 2 topla töhfə verən Sanço bununla yığmasının tarixinə düşüb. Belə ki, Dortmund "Borussiya"sının üzvü 2000-ci ildə və daha sonra anadan olanlar arasında İngiltərə millisinin heyətində qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, İngiltərə yığması 12 xalla A qrupuna başçılıq edir.