“Zirə”nin perulu legioneri Fransisko Ampuero futbolinfo.az-a müsahibə verib. Müdafiəçi müsahibəsində komandanın “Qarabağ”a məğlubiyyətindən və qarşıdakı oyunundan danışıb.
 
– “Qarabağ”a müqavimət göstərməkdə çətinlik çəkdiniz və 1:3 hesabı ilə uduzdunuz. Həmin oyunu necə şərh edərsən?
– Həmin qarşılaşma çox ağır oldu. Birinci hissədə xeyli səhv etdik. “Qarabağ” kimi komanda belə səhvləri bağışlamır. Onlar bu səhvlərdən maksimum yararlanıb 3 qol vurdular.
 
– Lakin komanda sanki ikinci hissədə bir az özünə gəldi…
– Matçın fasiləsində paltardəyişmə otağında xeyli danışdıq. İkinci hissəyə fərqli güclə və fərqli düşüncə ilə çıxdıq. Nəticədə qol buraxmadıq, əksinə, rəqibin qapısına yol tapa bildik.  Lakin sonda yenə meydanı məğlub tərk etdik.
 
– Sabah “Keşlə”yə qarşı oyununuz var. İki eyni xala malik və mövsümdə medalçılar sırasına düşmək istəyən komanda üz-üzə gələcək…
– “Keşlə”ni məğlub etmək istəyirik.  Rəqib bu mövsüm yaxşı çıxış edir və yaxşı heyətləri var. Lakin biz arada fərq yaratmalıyıq. Bunun üçün də səfərdən mütləq 3 xalla dönməliyik.
 
– 5 oyuna 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət. Yaxşı nəticədi?
– Biz bütün oyunlarda qalib gəlmək fikrindəyik. Hər zaman meydanı qalib təkr etmək istəyirik. Lakin düşünürəm ki, qarşıdakı oyunlarda nəticələrimiz daha yaxşı olacaq. Bunun üçün də çalışırıq.
 
– Hədəf nədir?
– Təbii ki, hər kəs birinci olmaq istəyər. Düşünürəm ki, bu mövsüm ən azı medalçılar sırasına düşüb Avropa Liqasına yollana bilərik. Bunun üçün çalışmalıyıq.
 
– Heyətiniz bunun üçün kifayətdi?
– Bizim çox yaxşı heyətimiz, güclü futbolçularımız var. Amma xeyli sayda da zədəli oyunçularımız. Zədələr istədiyimizi etməyə imkan vermir. Lakin komandamız çox yaxşıdı.
 
CAVAD
Shares: