"Barselona"nın sabiq futbolçusu, Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi açıqlama verib. 39 yaşlı çalışdırıcı gələcəkdə İngiltərə Premyer Liqasında işləmək arzusunda olduğunu bildirib:
 
"Hədəfim İngiltərə Premyer Liqasında klublardan birini çalışdırmaqdır. İngiltərədəki futbol atmosferini, dolu tribunaları sevirəm. Açığı, istəyərdim ki, çalışdıracağım böyük klub olsun. Seçim etsəm, "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal" və "Tottenhem"dən birinə üstünlük verərdim".
 
Əfsanəvi futbolçu "Barselona"ya dönmək istədiyini bildirib: "Bunu gizlətmirəm. Hədəfim Avropaya – "Barselona"ya dönməkdir. Önümdə mübarizə var. Hələ öyrənirəm və baş məşqçilikdən həzz alıram".
Shares: