Madridin “Real” klubunun 10 futbolçusu La Liqa çərçivəsində keçiriləcək “Atletiko” ilə derbi oyunu öncəsi antidopinq yoxlanışına cəlb olunub.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün "kral klubu"nun Valdebebasdakı bazasına UEFA nümayəndələri gəliblər. Onlar təsadüfi seçim əsasında 10 oyunçunu yoxlayıblar.
Bu, "Real”da həftə ərzində ikinci antidopinq yoxlanışı olub. İlk belə hal sentyabrın 23-də gerçəkləşib.
Bu gün "Vanda Metropolitano" stadionunda keçiriləcək Madrid derbisinə saat 23:00-da start veriləcək.