“Fənərbaxçaya qol və qollar vurmaq istəyirəm. Çünki ölkəmdə bu qarşılaşma canlı yayımlanacaq. “Qalatasaray” forması ilə “Fənərbaxça”ya qol vurmağın mənasını başa düşürəm. Bu qollar ölkəmdə də izlənəcək”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın kolumbiyalı hücumçusu Radamel Falkao komandanın “Fənərbaxça”yla oyunöncəsi son məşqində keçirilən iclasda deyib. 33 yaşlı futbolçunun həftə boyu derbi oyunu üçün xüsusi motivasiya ilə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Super Liqanın 6-cı turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” matçına bu gün Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.