Layiqli qələbə idi. Hətta heç-heçə “Neftçi” üçün ədalətsiz nəticə sayılardı. Bakılılar dünən Qəbələdə uğursuz gedişə son qoymaq üçün hər şey etdi və arzusuna çatdı.
 
Roberto Bordin yenə start heyətində dəyişiklik etmiş, bir həftə öncə təriflədiyi, yerə-göyə sığdırmadığı Stiven Monrozu ehtiyata atmışdı. Maraqlıdı ki, onun yoxluğunda qonaqların hücum kombinasiyaları daha rəngarəng, daha təhlükəli alınırdı. Bununla belə, bakılılar ilk hissədə real şansları qola çevirə bilmədi.
 
Oyunu müdafiədən quran, əks-hücumlara üstünlük verən “Qəbələ” bəlkə elə bu məqamda uduzmuşdu. Çünki “Neftçi” təzyiq görmədikdə daha rahat oynayır. Baş məşqçi Elmar Baxşıyevsə paytaxt klubunun rahat oynaması üçün hər şey etmişdi.
 
Müdafiə olunmaqla 90 dəqiqəni bitirmək istəyən meydan sahibləri bəlkə də istəyinə çatacaqdı. Lakin epizodların birində Rasim Ramaldanovun dizini zədələməsi həlledici oldu. Mübarizə zamanı qazona pis düşən mərkəz müdafiəçisi bununla komandasını çətin duruma saldı. Çünki onun İviça Zuniçlə tandemi “Neftçi” üçün keçilməz divara dönmüşdü. Rasimin əvəzinə meydana daxil olan Sadiq Quliyev isə rəqibdən pleymeyker oynamağa başladı. 2-3-cü qollarda onun birbaşa “xidməti vardı” – birində topu zərbə mövqeyindəki oyunçuya ötürdü, digərində məhsuldar ötürmə verən futbolçuya mane olmağı bacarmadı.
 
İnsafən, “Qəbələ”nin dayaq yarımmüdafiəçiləri və qapıçısı müdafiə xəttinin fədakarlığına yardımçı olurdu. Hücum oyunçuları isə fərdi bacarıqları ilə heç nəyə nail olmurdu. Onların həm potensialları buna imkan vermirdi, həm də yanlış taktika üzündən arxadakı oyunçularla rabitə möhkəm deyildi.
 
Amma yenə də “Neftçi”yə qələbəni basqılı oyunu yox, möhtəşəm, bir az da təsadüfi zərbə gətirdi. Tural Axundovun cərimə meydançası kənarından “doqquzluğ”a ünvanladığı top tora qovuşunca meydan sahiblərinin müqaviməti qırıldı və eyni dirəyin yanından tor daha 2 dəfə silkələndi. “Qəbələ”nin Baxşıyevlə başlayan məğlubiyyətsiz seriyası beləcə erkən bitdi və klub rəhbərliyinin müvəqqəti təyinat verdiyi bu məşqçiyə daimi əvəzedici axtarmaqda yanlış iş görmədiyini anladıq.
 
“Neftçi” təzyiqlərdən qurtulmaq üçün mühüm qələbə qazandı. Dünənki matç da göstərdi ki, “Neftçi”nin çox yaxşı oyunçu potensialı var, sadəcə, bir az sabitliyə, birliyə, dəstəyə ehtiyac duyulur. Komanda ətrafında ajiotaj azalsa, Bordin əsəblərlə oynamasa, paytaxt klubu “Qarabağ”la rəqabətdə çox geri qalmayacaq. Lakin dünən Qəbələyə böyük heyətlə gedən azarkeşlər məşqçiyə, idarəçilərə inanmadığını göstərdilər. Onlar hətta komanda öndə olarkən də “istefa” şüarlarını səsləndiməkdən qalmadılar. Halbuki dünən “Neftçi”nin dəstəyə daha çox ehtiyacı vardı və azarkeşlərlə bütünləşmək növbəti turlarda onlara çox kömək edərdi.
 
CAVAD
 

istanbul escort besiktas escort bakirkoy escort avcilar escort fatih escort beylikdüzü escort

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp