Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
Turun açılış oyununda lider “Liverpul” səfərdə “Şeffild Yunayted”lə qarşılaşıb və minimal hesabla qalib gəlib.
“Çelsi” “Brayton”la, “Mançester Siti” isə “Everton”la üz-üzə gəlib. Hər iki oyunda favoritlər inamlı qələbəyə seviniblər.
“Tottenhem” də “Sauthempton”u məğlub yola salıb.
İngiltərə Premyer Liqası
7-ci tur
28 sentyabr
Şeffild Yunayted – Liverpul 0:1
Qol: Veynaldum, 70.
Aston Villa – Bernli 2:2
Qol: El-Qazi, 33. Makqinn, 79 – Rodriqes, 68. Vud, 81.
Bornmut – Vest Hem 2:2
Qol: Kinq, 17. Vilson, 46 – Yarmolenko, 10. Kressuel, 74.
Çelsi – Brayton 2:0
Qol: Jorjinyo, 50-pen. Villian, 76.
Kristal Pelas – Norviç 2:0
Qol: Milivoyeviç, 21. Taunsend, 90+2.
Tottenhem – Sauthempton 2:1
Qol: Ndombele, 24. Keyn, 43 – İnqs, 39.
Vulverhempton – Uotford 2:0
Qol: Doherti, 18. Janmaat, 61-öz qapısına.
Everton – Mançester Siti 1:3
Qol: Levin, 33 – Q.Xesus, 24. Mahrez, 71. Sterlinq, 84.
29 sentyabr
19:30 Lester – Nyukasl
30 sentyabr
23:00 Mançester Yunayted – Arsenal