Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü daha üç oyun baş tutub.

Turun mərkəzi görüşündə “Fənərbaxça” səfərdə “Qalatasaray”la münasibətlərinə aydınlıq gətirib. “Türk Telekom Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.

“Alanyaspor” – “Sivasspor” matçı da heç-heçə yekunlaşıb. “Kasımpaşa” isə səfərdə “Dənizlispor”u minimal hesabla üstələyib.

Türkiyə Super Liqası
6-cı tur

27 sentyabr

Başakşəhər – Rizəspor 5:0
Qol: Aleksiç, 19; 75. Gulbrandsen, 33. Krivelli, 87. U.Kahveçi, 90+1.

28 sentyabr

Dənizlispor – Kasımpaşa 0:1
Qol: Hayradinoviç, 67.

Alanyaspor – Sivasspor 1:1
Qol: Sisse, 61 – Fernando, 1.

Qalatasaray – Fənərbaxça 0:0

29 sentyabr

15:00 Konyaspor – Kayserispor
17:30 Ankaragücü – Gənclərbirliyi
17:30 Antalyaspor – Yeni Malatyaspor
20:00 Trabzonspor – Beşiktaş

30 sentyabr

21:00 Qazişəhər – Göztəpə

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp