Futbol üzrə Almaniya Bundesliqasında 6-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə altı görüş baş tutub.
“Bavariya” bu turda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Paderborn”u sınağa çəkib. Münhen klubu beş qolun qeydə alındığı bu görüşdən çətin qələbə ilə ayrılıb.
Dortmund “Borussiya”sı isə “Verder”lə üz-üzə gəlib. Dörd oyunluq qarşılaşmada qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası
6-cı tur
27 sentyabr
Yunion – Ayntraxt 1:2
Qol: Ujah, 86 – Dost, 48. A.Silva, 62.
28 sentyabr
Auqsburq – Bayer 0:3
Qol: Nyederlexner, 34-öz qapısına. Volland, 76. Haverts, 84.
Hoffenhaym – Borussiya (Münhenqladbax) 0:3
Qol: Plea, 43. Turam, 65. Noyhaus, 83.
Maynts – Volfsburq 0:1
Qol: Tisserand, 9.
Paderborn – Bavariya 2:3
Qol: Proger, 68. Kollins, 84 – Qnabri, 15. Koutinyo, 55. Levandovski, 79.
Leyptsiq – Şalke 1:3
Qol: Forsberq, 83 – Sane, 29. Harit, 43. Matondo, 58
Borussiya (Dortmund) – Verder 2:2
Qol: Gotse, 9. Roys, 41 – Raşiça, 7. Friedl, 55.
29 sentyabr
17:30 Fortuna – Frayburq
20:00 Köln – Herta