Futbol üzrə Fransa çempionatıda 8-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun günündə baş tutub.

Tura “Olimpik” (Lion) – “Nant” matçıyla start verilib. Meydan sahibləri bu görüşdə məğlubiyyətlə üzləşiblər.

PSJ bu turda “Bordo” səfərinə yollanıb. Paris təmsilçisi yenə Neymarın vurduğu yeganə qol sayəsində qələbəni bayram edib. 

“Monako” isə “Brest”i qəbul edib. Mövsümə uğursuz başlayan knyazlıq təmsilçisi ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Fransa Liqa 1
8-ci tur

28 sentyabr

Olimpik (Lion) – Nant 0:1
Qol: Marsal, 59-öz qapısına.

Bordo – PSJ 0:1
Qol: Neymar, 70.

Anje – Amyen 1:1
Qol: Aliui, 83 – Mendoza, 13.

Mets – Tuluza 2:2
Qol: Diallo, 5. Niane, 90-pen – Said, 86. Koloris, 90+6.

Monako – Brest 4:1
Qol: Ben Yedder, 27. Slimani, 62-pen. Martins, 73. Keyta, 90 – Mendi, 77.

Nitsa – Lill 1:1
Qol: Dolberq, 13 – Arauxo, 24.

Reyms – Dijon 1:2
Qol: Xavalerin, 17 – Tavares, 19. Balde, 48.

29 sentyabr

17:00 Strasburq – Monpelye
19:00 Nim – Sent-Etyen
23:00 Olimpik (Marsel) – Renn

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp