Bakının “İnter” (indiki “Keşlə”) klubunun sabiq baş məşqçisi Kaxaber Sxadadze Azərbaycana qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Futbolinfo.az “kazfootball.kz” saytına istinadən xəbər verir ki, hazırda Qazaxıstanın “Ordabası” komandasını çalışdıran gürcü mütəxəssis, yerli çemponatın 28-ci turunun “Kayrat”la keçirilən oyunundan (1:4) sonra təşkil olunan mətbuat konfransında Azərbaycana qayıdacağı ilə bağlı verilən sualı cavablandırıb.
Sxadadze “Azərbaycanın “Sabah” klubu ilə danışıqlar apardığınız məlumatları nə dərəcədə düzgündü” sualına, “mən heç kimlə danışıq aparmıram” deyə, cavab verib.
Kaxaber Sxadadze 2009-2015-ci illərdə “İnter”i çalışdırıb.