Futbol üzrə Avstriya 2-ci liqasında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Vorvarts Steyr”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Barış da bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

“Austria” hazırda 19 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Shares: