Mövsümə uğursuz başlayan İtaliyanın “Milan” klubu baş məşqçisi ilə yollarını ayırmağa hazırlaşır.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi bu yay komandaya cəlb olunan Marko Campaolonun işindən narazıdı.
"Milan" A Seriyasında ilk 6 oyunun 4-də məğlub olub. Bu səbədən Campaolunun göndəriləcəyi bildirilir. Klub rəhbərliyinin hazırda işsiz olan, "Milan"ın sabiq çalışdırıcısı Massimiliano Alleqri ilə danışıqlara başladığı da iddia edilir.
Qeyd edək ki, hazırda 6 xalı olan "Milan" A seriyasında 16-cı pillədə qərlarlaşıb.