Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”ın qonağı olacaq PSJ bu oyuna ciddi itkilərlə çıxacaq.

Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytının İstanbul təmsilçsi ilə matç üçün açıqladığı iştirak ərizəsində aparıcı futbolçuların – hücumçular Neymar, Edinson Kavani və yarımmüdafiəçi Yulian Drakslerin adı yoxdur. Neymar və Draksler cəzalı durumda, Kavani isə zədəlidi.

Qeyd edək ki, sabah keçiriləcək "Qalatasaray" – PSJ matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Shares: