Futbol üzrə Polşa millisinin və İngiltərənin “Vest Hem” klubunun qapıçısı Lukas Fabianski sıradan çıxıb.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turunun “Bornmut”la oyununda (2:2) zədələnən qolkiper, 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Fabianski Polşa millisinin AÇ-2020-nin seçmə mərhələsinin Litva və Şimali Makedoniya ilə oyunlarında iştirak etməyəcək. Polşa yığması oktyabrın 10-da Litva, 13-də isə Şimali Makedoniya ilə qarşılaşacaq.

Shares: