“Ayntraxt” qapıçısı Kevin Trappı itirib.
Futbolinfo.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü ciddi zədə alıb.
Belə ki, çiynindən xəsarət alan 29 yaşlı qolkiper əməliyyat olunacaq. Həkimlər Trappın 2019-cu ilin qalan 3 ayında meydana çıxa bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Trapp bu mövsüm bütün turnirlərdə "Ayntraxt"ın heyətində 11 matçda iştirak edib.