Macarıstan yığması ilə AVRO-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil. Bu barədə 30 yaşlı yarımmüdafiəçinin özü bildirib.
 
Almeyda deyib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb. “Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü sözlərinə əlavə edib.
 
Qeyd edək ki, Macarıstan yığmasının Azərbaycan millisini 1:0 hesabı  ilə məğlub etdiyi oyunda zədələnən braziliyalının “Qarabağ”ı çətin vəziyyətdə qoya biləcəyi istisna olunmurdu. Avropa Liqasının APOEL-ə qarşı qrup oyunlarında yarımmüdafiəçinin yoxluğu ağdamlılar üçün ciddi itki olardı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp