Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Fransaya qarşı matçda (1:1) futbolçularının qolu əsgər salamı ilə qeyd etməsi ilə bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, o, bunda pis niyyətin olmadığını deyib:

"Əsgər salamında pis niyyət yoxdu, elə fikirlərə sahib deyilik. Əsgər salamını onu-bunu öldürmələri üçün etmirik. Əsgərlərimiz bizi qorumaq üçündü. Bunları həmişə mənə sual verirsiz, ancaq belə şeylər Donald Trampla (ABŞ prezidenti – red) Emmanuel Makronun (Fransa prezidenti – red) işləridi. Gedin, onlardan soruşun. Mən isə öz komandamı güclə idarə edirəm".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp