AÇ-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların reytinq siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, yarışın arxada qalan hissəsinin ən yaxşısı Memfis Depaydı.

Hollandiya yığmasının üzvü 2541 xala malikdi. Onu komanda yoldaşı Frenki de Yonq izləyir – 2409. 3-cü sırada İngiltərə millisinin qapıçısı Cordan Pikford ondan 200 xal geri qalır.

Azərbaycan futbolçuları arasında ən yüksək pillədə Ramil Şeydayev qərarlaşıb. 171-ci yerdə olan hücumçunun hesabında 587 xal var.

239-cu sırada Riçard Almeyda yer alıb. Onun çıxışı 486 xalla qiymətləndirilib. Azərbaycan yığmasının ən yaxşı üç oyunçusu sırasında yer alan Bəhlul Mustafazadə 461 xalla 261-cidir.

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi 6 oyunda 1 xal toplayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp