Fransanın gənclər və idman naziri Roksana Marasinyanyu Türkiyə yığmasının cəzalandırılmasını istəyir.

Futbolinfo.az xəbər verir ki, o, buna səbəb kimi, "ay-ulduzlular"ın hərbi salam verməsini göstərib.

Məsələ burasındadı ki, AVRO-2020-nin seçmə mərhələsində dünən baş tutan Fransa – Türkiyə qarşılaşmasından sonra qonaqların futbolçuları azarkeşlərlə birlikdə hərbi salam verərək, terrorçularla mübarizə aparan Türkiyə ordusuna dəstək nümayiş etdirib.

Marasinyanyu bunun düzgün hərəkət olmadığını düşünür: "Fransa Futbol Federasiyasına və polisə oyun zamanı təhlükəsizliyi təmin etmək üçün gördükləri işlərə görə təşəkkür edirəm. Türkiyəli futbolçular vəziyyəti korlayaraq, idman ruhuna zidd olan hərbi salam göstərdilər. UEFA-dan sanksiyaların tətbiq olunmasını xahiş edirəm".

Qeyd edək ki, Fransa – Türkiyə matçı 1:1 hesabı ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp