"Yenidən evimə, "Zirə"yə qayıtdığım üçün xoşbəxtəm". 

Futbolinfo.az xəbər verir ki, bunu "Zirə"nin yeni transferi Riçard Qadze deyib.

Ötən ilin yayında "Zirə"dən ayrılaraq "Voluntari"yə keçən qanalı hücumçu bu günlərdə azad agent kimi, paytaxt klubuna qayıdıb. O, Qana mətbuatına qısa açıqlamasında sevimli komandasına döndüyünü söyləyib: "Zirə"yə Premyer Liqada uğurlu çıxış üçün kömək etməyə hazıram. Burda yenə çox gözəl qarşılandım. Ümid edirəm ki, artıq növbəti turdan şans qazancam və komandamın daha yaxşı nəticələrinə kömək edə biləcəm". (matc.az)

Qeyd edək ki, Riçard Qadze "Zirə" ilə 1+1 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp