Narkotika ticarəti ilə məşğul olmaqda ittiham olunan Kolumbiya milli komandasının keçmiş üzvü Con Viafara ABŞ-a ekstradisiya olunacaq.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın ədliyyə naziri Marqarita Kabella məlumat yayıb. Kabella, 27 sentyabrda qəbul olunmuş qərara görə, Conun ABŞ-a təhvil veriləcəyini bildirib.

Viafara mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.

Karyerası ərzində “Portsmut”, “Sauthempton” və “Real Sosyedad” kimi klublarda forma geyinən Viafara, 2015-ci ildə karyerasını bitirib. Keçmiş yarımmüdafiəçi 43 dəfə də Kolumbiya milli komandasının şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp