“Keşlə”nin müdafiəçisi Slavik Alxasovun futbolinfo.az-a müsahibəsi
 
– “Keşlə” hazırda ikinci pillədədir. Bunu gözləyirdiniz?
– Komanda qurulanda bizə demişdilər ki, ilk “3-lük” üçün mübarizə aparacağıq. Avropa Liqasına vəsiqə qazanmalıyıq. Birinci dövrəni ikinci yerdə bitirimişiksə, bunu yaxşı nəticə sayıram. Biz sərf edən xalları əldə etmişik. Hələ ki, çempionat qarşıdadır. 
 
– Ötən illə müqayisədə heyət çox dəyişib. Bunun nə dərəcədə rolu var?
– Sona kimi belə oynamalıyıq. Düzdür, heyətin 80 faizi dəyişilib. İndi daha yaxşı kollektivimiz var. İnanıram ki, gələcək matçlarda daha uğurlu oyunlar keçirəcəyik. 
 
– Səncə, avrokuboklara vəsiqə verən yerlər üçün hansı komandalar mübarizə aparacaq?
– Hal-hazırda bütün komandalar eyni vəziyyətdədir. İrəlidə olan hansısa komanda uduzur düşür 2-3 pillə aşağı. Xal fərqi elə də çox deyil. Bilmək olmur ki, kim hansı pillədə qərarlaşacaq. Marafon uzundur. Mövsümün sonu vəziyyəti görərik. 
 
– “Qarabağ”ın isə yeri bəllidir…
– “Qarabağ” hamıdan güclüdür. Bunu etiraf etmək lazımdır. Hər mövsüm avrokubokların qrup mərhələsində ardıcıl çıxış edirlər. “Neftçi”nin də gücünü kiçiltmək olmaz. Amma bu gün “Qarabağ” güclüdür.
 
– Çempionluq mübarizəsinin olmaması psixoloji olaraq komandalara pis təsir göstərmir?
– Yox, məncə psixoloji olaraq pis təsir göstərmir. 
 
– Səncə, hansı komandalar mövsümə gözlənildiyi kimi başlamadı?
– Bir az başqa komandaların işinə qarışmaq düz çıxmaz. Əsas öz komandamız haqqında danışsam, yaxşıdır. 
 
– Milli komandanın oyunlarını izlədinmi?
– İzlədim. Sonuncu matçda hakimin kobud səhvindən bir xal itirdik. Onsuz da çox çətin qrupdur. Hakimin də komandanı sıxmağı lap pis oldu. 
 
– Millimizin hücumçusu Ramil Şeydayev bildirib ki, 1 xala layiq deyildik. Qapıya normal zərbə endirə bilmədik. Bununla razılaşırsan?
– Niyə belə dediyini Ramildən soruşmaq lazımdır. Biz də istəyirik ki, millidə hər şey yaxşı olsun. 
 
– Qarşıda “Sabah”la oyun var…
– Çətin oyundur və ciddi rəqibdir. Heyətləri də güclüdür. Bu matça çox ciddi yanaşırıq. Bizim üçün vacib odur ki, 3 xal əldə edək.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp