Futbol üzrə İngiltərə millisi AÇ-2020-nin seçmə mərhələsində Bolqarıstanı məğlub edib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 6:0 hesabıyla bitən görüşdə ingilislər yeni rekorda imza atıblar.
Belə ki, İngiltərə millisi 35 il sonra bir rəsmi görüşdə 6 və daha çox qol vurmağı bacarıb. İngilislər sonuncu dəfə 1984-cü ildə Türkiyə yığmasını 8:0 hesabıyla məğlub etmişdi.